"Mançester Yunayted" gücünü aşağı liqa klubuna göstərdi VİDEO

18:20 - 7 Yanvar 2017

İngiltərə Federasiya kubokunda 1/32 final mərhələsinin qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" doğma meydanda Çempionşipdə mübarizə aparan "Ridinq"i qəbul edib. Matç "qırmızı şeytanlar"ın 4 - 0 hesablı qələbəsiylə başa çatıb.

 

Bu qələbə sayəsində Joze Mourinyonun yetirmələri kubokun 1/16 final mərhələsinə yüksəlib.

 

"Mançester Yunayted" - "Ridinq" 4:0

QOLLAR: Ueyn Runi, 7, Antoni Marsial, 15, Markus Reşford, 75, 79

 

Xəbər xətti