"Sumqayıt" üçün 3 rəqib

00:00 - 8 Yanvar 2017

Yanvarın 10-da təlim-məşq toplanışı üçün Türkiyənin Antalya bölgəsinə gedəcək “Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, komanda ilk olaraq, yanvarın 13-də Albaniya təmsilçisi “Şkenderbeu” ilə qarşılaşcaq.

 

“Sumqayıt” növbəti yoxlama oyununda yanvarın 16-ı Özbəkistan klubu “Nasaf” klubu ilə üz-üzə gələcək
Komanda Antalyada son yoxlama oyununu isə yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı keçirəcək.

 

Xəbər xətti