"Neftçi"nin futbolçusu: "Komanda halında uğur qazanmaq istəyirik"

00:49 - 8 Yanvar 2017

"Neftçi”nin futbolçusu Fəhmin Muradbəyli Antalya hazırlığı barədə danışıb.

 

Sportal.az xəbər verir ki, gənc yarımmüdafiəçi klubun saytına açıqlamasında bunları deyib:

 

"Artıq 4 gündür ki, Antalyadayıq. İndi əsasən fiziki məşqlər keçirik. Bütün diqqətimizi məşqlərə yönəltmişik. Komandamıza yeni qoşulan futbolçuların əksəriyyəti təcrübəlidi. Müxtəlif milli komandalarda, güclü çempionatlarda, avrokuboklarda oynayıblar. Əl-ələ verib komanda halında uğur qazanmaq istəyirik. Qarşıda yoxlama oyunları var. Bu görüşlərdə hansı nəticəni qazanacağımız önəmli deyil. Əsas odur ki, məşqçilərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib baxımlı oyun göstərək”.

 

Xəbər xətti