"Çindən aldığım təklifə görə yuxusuz qaldım"

12:54 - 8 Yanvar 2017

İtaliyanın “Torino” klubunun çalışdırıcısı Sinişa Mixayloviç Çindən astronomik təklif aldığını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, turinlilərin serbiyalı baş məşqçisi bu haqda belə danışıb:

 

“Çindən aldığım təklifə görə, bir neçə gün yuxusuz qaldım. Burada qazandığımın 6 qatını verirdilər. Düşündüm, götür-qoy etdim və qərara gəldim ki, həyatda hər şeyi pul həll etmir. “Torino”dan ayrılmaq istəmirəm. Burada çalışmağa davam etmək niyyətindəyəm”.

 

Qeyd edək ki, Mixayloviç ötən ildən “Torino”nu çalışdırır. 47 yaşlı mütəxəssisin illik qazancı 1,5 milyon avrodur.

Xəbər xətti