Çexiyalı futbolçu "Neftçi"yə keçdi

16:10 - 8 Yanvar 2017

Transfer fəaliyyətini davam etdirən “Neftçi” daha bir futbolçunu heyətinə cəlb edib.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu çexiyalı müdafiəçi Pavel Dreksanı transfer edib. "Karvina" klubundan "Neftçi"yə keçən 27 yaşlı futbolçu "ağ-qaralar"la 1 illik müqavilə imzalayıb.

 
Qeyd edək ki, Çexiyanın aşağı yaş millilərində çıxış edən Dreksa "Neftçi"nin 6-cı transfer oldu.

Xəbər xətti