Super Liqa klubu Reynaldo üçün "Qarabağ"a təklif göndərdi

Türkiyə Super Liqasında çıxış edən "Gənclərbirliyi" klubu transfer çalışmalarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, baş məşqçi Ümit Özatın tələbi ilə komanda "Qarabağ"ın hücumçusu Reynaldo üçün hərəkətə keçib. Super Liqa klubu braziliyalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürmək istəyir. 

 

Ankara klubu artıq "Qarabağ"a rəsmi təklif də göndərib. Transferin bir neçə gün ərzində reallaşacağı gözlənilir.

 

Qeyd edək ki, Reynaldo bu mövsüm "Qarabağ"ın heyətində 6 qol vurub. 27 yaşlı futbolçu 2013-cü ildən Ağdam klubunda çıxış edir.

 

Əlavə edək ki, "Gənclərbirliyi" Türkiyə Super Liqasında 16 turdan sonra 22 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Tarix: 8 Yanvar [22:22]
Oxunub: 1526 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Yanvar 2017
24  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio