Elxan Abdullayev: "Onların çıxışından razı qaldım"

Türkiyənin Antalya şəhərində təlim məşq toplanışında olan "Neftçi" ilk yoxlama oyununu keçirib. “Ağ-qaralar”ın rəqibi Türkiyə PTT I liqasında mübarizə aparan “Sivasspor” klubu olub. Tərəflərin cəhdlərinə baxmayaraq, qarşılaşmada hesab açılmayıb. 


Sportal.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Elxan Abdullayev oyundan sonra fikirlərini klubun rəsmi saytına bildirib:

 

“İlk oyunumuzu keçirdik. Hazırda fiziki hazırlıq üzərində işləyirik. Komanda yaxşı təsir bağışladı. Bir neçə futbolçu transfer olunub, onların da çıxışından razı qaldım. Bu oyun bir daha göstərdi ki, seleksiya işimiz düzgün qurulub. Təbii ki, bir oyunla heç nə demək olmaz. Qarşıda yoxlama görüşlərimiz var. Düşünürəm ki, oyundan oyuna daha yaxşı olacaq və bu yaxşı oyunumuzu çempionatda da davam etdirmək istəyirik”.

Tarix: 8 Yanvar [22:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Noyabr 2017
23  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio