"Neftçi"nin futbolçusu "Sivasspor"la matçı dəyərləndirdi

01:08 - 9 Yanvar 2017

Antalyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, “ağ-qaralar” Türkiyənin “Sivasspor” klubu ilə qarşılaşıb. Oyun qolsuz bərabərliklə başa çatıb.

 

Klubun rəsmi saytına açıqlama verən Fəhmin Muradbəyli matç haqda fikirlərini bildirib:

 

“Oyun çox ağır keçdi. Bildiyiniz kimi, Antalya toplanışı başlayandan fiziki hazırlıqlar üzrə məşqlər keçirik. Oyuna yorğunluq fonunda çıxmışdıq. İstər-istəməz hamı üçün ağır olur. Rəqib futbolçuları üçün də ağır idi. Bərabər səviyyəli oyun keçdi, hər iki komanda yaxşı futbol sərgilədi. Meydanda əsl mübarizənin şahidi olduq. Şanslarımız olsa da, istifadə edə bilmədik. Belə görüşlərdə əsas nəticə yox, məşqçilərin tapşırıqlarıı yetirməkdi”. 

Xəbər xətti