Robert Prosineçki tapşırdı, "Neftçi" gətirdi ÖZƏL

Hazırda Antalyada olan “Neftçi”də xorvatiyalı futbolçunun baxışda olduğu barədə xəbər vermişdik. Dünən Damir Vidoviç “Sivasspor”la (0:0) yoxlama oyununda 82 dəqiqə meydanda olub. Sportal.az-ın əldə etdiyi məlumata görə, onun çıxışı komandanın baş məşqçisi Elxan Abdullayevi qane eləməyib.

 

Məlumat üçün deyək ki, Damir Vidoviç Xorvatiyanın aşağı liqa klubu “Ciballa”dan gəlib. Ən maraqlısı odur ki, 28 yaşlı hücumçu hətta aşağı liqa klubunda əsas heyətə düşməkdə çətinlik çəkib. Bəs, göstəriciləri belə zəif olan futbolçunu “Neftçi”yə kim məsləhət verib? Cavabını öyrənə bildik – millimizin baş məşqçisi Robert Prosineçki! Amma onu da qeyd eləyək ki, xorvat mütəxəssis həmyerlisini tövsiyə eləyib. Prosineçki “Neftçi” qarşısında elə bir şərt qoymayıb ki, Damir Vidoviçi mütləq komandaya götürsünlər. 

Tarix: 9 Yanvar [11:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 May 2017
22  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio