Kamran Ağayev oynadı, "Boavişta" qələbə qazandı VİDEO

11:28 - 9 Yanvar 2017

Portuqaliya Premyer Liqasının XVI turunda millimizin futbolçuları Emin Mahmudovla Kamran Ağayevin çıxış etdiyi "Boavişta" doğma azarkeşləri önündə "Vitoriya" Setubalı qəbul edib.

 

Sportal.az xəbər verir ki, Kamranın 90 dəqiqə oynadığı, Eminin isə ehtiyatda qaldığı qarşılaşma Portu təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

 

"Boavişta" bu qələbə sayəsində xallarının sayını 20-ə çatdırıb və turnir cədvəlində 9-cu pilləyə yüksəlib.

 

Xəbər xətti