Dəniz Yılmaz "Skenderbeu"ya qarşı oynadı

12:28 - 9 Yanvar 2017

Millimizin üzvü Dəniz Yılmazın formasını geyindiyi “Bursaspor” Türkiyə Super Liqasında yaranan fasilə ərəfəsində yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, “timsahlar” Albaniyanın “Skenderbeu” klubuyla üz-üzə gəlib. Oyunda hesab açılmayıb – 0:0.

 

Dəniz Yılmaz oyuna start heyətdə başlayıb. Millimizin forvardı ilk hissədən sonra əvəzlənib.

 

Dəniz Yılmaz və Sərcan Yıldırım oyunda bir neçə 100 faizli qol epizodlarını qaçırıblar.

Xəbər xətti