"Zirə"nin növbəti rəqibi məlum oldu

17:14 - 9 Yanvar 2017

"Zirə"nin Antalyada yoxlama oyununda qarşılaşacağı daha bir rəqibi məlum olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Qırğızıstan təmsilçisi "Dordoy"la (Bişkek) qarşılaşacaq. Görüş yanvarın 18-də keçiriləcək.

 

Xatırladaq ki, "Zirə"in digər rəqibi Bolqarıstanın "Lokomotiv" (Qorna) klubudur. Həmin oyunun keçirilməsi yanvarın 22-nə nəzərdə tutulub.

Xəbər xətti