"Qalatasaray" PAOK-un futbolçusunu transfer etdi

18:16 - 9 Yanvar 2017

"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəgəngi Yunanıstanın PAOK klubunun hücumameyilli yarımmüdafiəçii Hari Rodriqesi heyətinə cəlb edib. Hollandiyalı futbolçu artıq tibbi müayinədən keçib. Onunla rəsmi müqavilə imzalanacaq.

 

26 yaşlı futbolçunun transferi üçün Türkiyə klubu PAOK-a 3,5 milyon avro ödəyəcək. Rodriqes özü isə "Qalatasaray"da illik 1,5 milyon avro qazanacaq.

Xəbər xətti