"Çelsi" "Fənərbaxça"nın futbolçusunu istəyir

19:41 - 9 Yanvar 2017

"Çelsi" müdafiə xəttini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi "Fənərbaxça"nın futbolçusu Sİmon Kyaeri heyətinə cəlb etmək istəyir. İtaliyanın "La Gazzetta dello Sport" nəşrinin yazdığına görə "zadəganlar" İstanbul nəhənginə danimarkalı mərkəz müdafiəçisi üçün 18 milyon avroluq təklif etməyə hazırlaşır.

 

Qeyd edək ki, 26 yaşlı müdafiəçi 2015-ci ildən "Fənərbaxça"da çıxış edir. O, "sarı-lacivərtlilər"in heyətində meydana çıxdığı 42 qarşılaşmada 3 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti