Rusiya klubunda çıxış edən azərbaycanlı "Neftçi"dən imtina etdi ÖZƏL

Qış transfer pəncərəsinin fəallarından olan "Neftçi" heyətinə əl gəzdirməkdə davam edir.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt klubu Rusiya I Liqasında çıxış edən "Yenisey" klubunun futbolçusu Azər Əliyevə "elçi düşüb". 22 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün qarşı tərəfə 3 dəfə təklif göndərən "ağ-qaralar" rədd cavabı alıb.

 

Azərbaycan əsilli futbolçu "Neftçi"də oynamaq istəməyib. Komandasının əsas üzvü olan Əliyev karyerasını Rusiyada davam etdirmək niyyətindədir.

 

Qeyd edək ki, "Yenisey" Rusiya I Liqasında 24 turdan sonra 37 xalla 4-cüdür və Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparır.

 

Azər Əliyevin çıxışından hazırlanmış videonu təqdim edirik:

 

Tarix: 10 Yanvar [11:11]
Oxunub: 1076 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Yanvar 2017
16  Yanvar 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio