Robert Prosineçki Türkiyəyə gedir

11:46 - 10 Yanvar 2017

Millimizin baş məşqçisi Robert Prosineçki Türkiyənin Antalya şəhərinə səfər edəcək. 

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, xorvat çalışdırıcı Antalyada qış hazırlığı keçən klublarımızın düşərgəsində olacaq və klublarımızın keçirəcəyi yoxlama görüşlərini canlı izləyəcək. Prosineçki Antlayaya öz ölkəsindən yollanacaq.

 

Qeyd edək ki, Premyer Liqa klublarımızdan "Qarabağ", "Qəbələ", "Neftçi", "İnter", "Sumqayıt" və "Zirə" Antalyada təlim-məşq toplanışı keçirəcək.

 

Xəbər xətti