Messinin heykəli dağıdıldı

12:53 - 10 Yanvar 2017

"Barselona"nın futbolçusu Lionel Messinin "Qızıl top" və "2016-cı ilin ən yaxşı futbolçusu" mükafatı uğrunda yarışda əsas rəqibi Kriştiano Ronaldoya uduzması vətənində etirazla qarşılanıb.

 

Sportal.az-ın verdiyi məlumata görə, hücumçunun Argentinanın Buenos Ayres şəhərində ucaldılan heykəli ötən gecə naməlum şəxlər tərəfindən dağıdılıb. Heykəlin üst hissəsi tamamilə yararsız hala düşüb. Polisin məsələ ilə bağlı araşdırma apardığı bildirilir.

 

Qeyd edək ki, ötən il analoji hadisə Kriştiano Ronaldonun da başına gəlmişdi. Portuqaliyalı futbolçunun doğulduğu Madeyra şəhərindəki heykəli bir qrup şəxs tərəfindən hücuma məruz qalmışdı. Kimliyi bilinməyən bir qrup şəxs heykəlin kürək nahiyyəsinə qırmızı boya ilə Messi və argentinalı futbolçunun geyindiyini formanın nömrəsi olan "10" rəqəmini yazmışdı.

 

Xəbər xətti