Cilardinyonun yeni komandası məlum oldu

A seriyası təmsilçisi “Peskara” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, “delfinlər” “Empoli”dən ayrılan Alberto Cilardinyonu heyətinə cəlb edib. Klubdan edilən açıqlamada 34 yaşlı hücumçuyla mövsümün sonuna kimi müqavilə bağlandığı qeyd edilib. Cilardinyo mövsümün ikinci yarısında özünü doğrultsa, müqavilə daha bir il uzadılacaq.

 

Hücumçu karyerası ərzində “Parma”, “Milan” və “Fiorentina” kimi klublarda top qovub.

 

Mövsümün əvvəlindən “Empoli”də çıxış edən Cilardinyo, 16 oyunda 1 qol vurub. O, İtaliya millisində keçirdiyi 57 oyunda 19 qola imza atıb.

 

Tarix: 10 Yanvar [13:40]
Oxunub: 271 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
25 Fevral 2017
24  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio