FİFA tarixi qərarını verdi: DÇ-da 48 komanda

FİFA prezidenti Canni İnfantino dünya çempionatında komandaların sayının artırılması ilə bağlı irəli sürdüyü təklif haqda qərar qəbul edilib.
 
Sportal.az xəbər verir ki, bu gün bu haqda rəsmi qərar qəbul edilib. Qərara əsasən, İnfantinonun ideyası qəbul olunub və 2026-cı ildən başlayaraq mundialda 48 komanda iştirak edəcək.
 
Reqlamentə görə, final mərhələsində iştirak edəcək 48 komanda hər birində 3 yığma olmaqla, 16 qrupda mübarizə aparacaq. Qrupda ilk 2 yeri tutan yığmalar pley-offa vəsiqə qazanacaq.
 
Dünya çempionatına Avropadan 16, Afrikadan 9,5 (bir yığma digər qitədən olan komanda ilə pley-off qarşılaşması keçirəcək), Asiyadan 8,5, KONMEBOL-dan 6,5, KONKAKAF-a 6,5, Okeaniyadan 1 komanda yollanacaq.

Tarix: 10 Yanvar [13:49]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2017
22  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio