Maradona FİFA-nın qərarına münasibət bildirdi

14:00 - 10 Yanvar 2017

Argentinalı futbol əfsanəsi Dieqo Maradona dünya çempionatının final mərhələsində 48 komandanın iştirak etməsi ilə bağlı qəbul edilən qərara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, Maradona bu layihəni dəstəklədiyini bildirib:

 

“Bir çox ölkələr buna sevinir. Məncə, yaxşı ideyadır. Bu fantastik layihəni dəstəkləyirəm. Bu qərardan sonra mundiala maraq daha da artacaq”.

 

Qeyd edək ki, FİFA bu gün keçirilən iclasda rəsmi qərar qəbul edilib. Qərara əsasən, DÇ-2026-dan başlayaraq dünya çempionatında 48 komanda iştirak edəcək.

Xəbər xətti