Kintana "Sauthempton"un futbolçusundan geri qaldı: 2-ci oldu

"Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana bu mövsüm Avropa Liqasında ən çox uğurlu driblinq yarımmüdafiəçilər arasında yer alıb.

 

Sportal.az Ağdam klubunun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, ispaniyalı ən çox rəqibini keçən 2-ci futbolçu olub. Kintana 15 mübarizədən qalib ayrılıb.

 

İlk pillədə isə "Sauthempton"un futbolçusu Natan Redmondur. 22 yaşlı ingiltərəli 17 uğurlu driblinq edib. 3-cü yerdə isə "Qarabağ"ın qrupdakı rəqibi olan PAOK-un futbolçusu Qarri Rodrigesdir. Yunanıstan klubunu "Qalatasaray"a dəyişən Rodriges 14 uğurlu cəhdlə yadda qalıb.

 

Xatırladaq ki, Dani Kintana qrup mərhələsinin 3-cü turunda PAOK-la oyundan sonra həftənin futbolçusu seçilmişdi.

Tarix: 10 Yanvar [14:44]
Oxunub: 442 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Fevral 2017
27  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio