Almaniya klubunun təyyarəsini ildırım vurdu

17:33 - 10 Yanvar 2017

Mövsümün qalan hissəsinin hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirəcək Almaniyanın "Erfrut" klubu sözügedən ölkəyə gedərkən yolda problemlə üzləşib. 

 

Sportal.az xəbər verir ki, III liqa klubunu Türkiyəyə aparan təyyarəni ildırım vurub. Təyyarə buna görə Dalaman Hava Limanında məcburi eniş edib.

 

Alınan son məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər xətti