"Arsenal" 7-ci diviziondan futbolçu transfer etdi

18:20 - 10 Yanvar 2017

“Arsenal” İngiltərənin 7-ci divizionunda çıxış edən “Hednesford Taun”un müdafiəçisi Koen Bramallı heyətinə cəlb edib.

 

Sportal.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı yayıb. Müqavilənin detalları barədə heç bir məlumat verilməyib.

 

20 yaşlı oyunçu London U-23 komandasına qoşulacaq.

Xəbər xətti