"Neftçi" millimizin üzvünü icarəyə verdi

00:17 - 11 Yanvar 2017

"Səbail" qış transfer dövründə növbəti transferini reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi Orxan Qurbanlını transfer edib. 21 yaşlı müdafiəçi "Neftçi" klubundan mövsümün sonuna kimi icarəyə götürülüb.

 

"Neftçi"nin yetirməsi olan Orxan Qurbanlı ötən mövsümü Latviyanın "Dauqavpils" komandasında keçirib.

 

Qeyd edək ki, Qurbanlı eyni zamanda U-21 millimizin də üzvüdür.

Xəbər xətti