"Qarabağ" günü iki məşqlə tamamladı FOTOLAR

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın altıncı günündə komanda iki məşqlə kifayətlənib.

 

İlk məşqin meydançada keçirilməsi nəzərdə tutulsa da, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ilk hazırlıq fitnes zalında keçirilmişdi.

 

Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə saat 18:00) başlayan ikinci məşq hava şəraitinə baxmayaraq, meydançada start götürüb. Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandanın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. 

 

İki futbolçu – Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

 

 

 

 

 

Tarix: 11 Yanvar [00:04]
Oxunub: 170 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Fevral 2017
21  Fevral 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio