"Qəbələ" legionerini Antalyaya aparmadı

11:11 - 11 Yanvar 2017

Türkiyədə yaranan əlverişsiz hava şəraiti ucbatından qardaş ölkəyə yollana bilməyən “Qəbələ” bu gün təlim-məşq toplanışını keçirmək üçün Antalyaya üz tutacaq. "Qırmızı-qaralar" birbaşa reyslə adıçəkilən şəhərə gedəcək.

 

Sportal.az xəbər verir ki, “Qəbələ” Antalyaya heç də tam heyətlə getmir. Komandanın xorvatiyalı yarımmüdafiəçisi Petar Franyiç Azərbaycanda qalacaq. Mövsümün ilk yarısında özünü yaxşı tərəfdən göstərə bilməyən futbolçu Roman Qriqorçukun tələbi ilə əvəzedici komanda ilə birlikdə məşq edəcək.

 

Xəbər xətti