Ayxan Abbasov: "Transfer xətrinə heyətimizə oyunçu cəlb etməyəcəyik"

14:42 - 11 Yanvar 2017

“Yanvarın 4-dən yığışmışıq. Hazırlıqlarımız qaydasındadır. Ayın 14-nə kimi məşqlərə davam edəcəyik. Təlim məşq toplanışının ilk hissəsini Bakıda, 2-cisini isə Antalyada keçəcəyik”.

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Zirə"nin baş məşqçisi Ayxan Abbasov söyləyib.


Gənc çalışdırıcı transfer fəaliyyətlərindən danışıb:

 

“Sadiq Quliyevi heyətimizə qatmışıq. O, komandamıza tanış simadır. Yasin Həmid, Gerhard Proqni və Cəmil Hacıyevlə yolları ayırdıq. Mən bura gələndə hər bir futbolçuyla fərdi söhbət etdim. İstəmədiyimiz futbolçular var idi. Onlardan biri də məhz Proqni idi. Söhbət etdik, təşəkürlər edərək yollarımızı ayırdıq. Əlbəttə, oyunçular axtarırıq. Elə oyunçu axtarırıq ki, komandamızı gücləndirsin. Transfer xətrinə heyətimizə oyunçu cəlb etməyəcəyik. Yəqin ki, çempionata qədər bu problemi aradan qaldıracağıq. Yerli futbolçu transferi hazırda çox çətindir. Çünki hamısının müqaviləsi var. Qışda oyunçu tapmaq müşkil məsələdir. Rəhbərlik də bu işdə bizə dəstəkdir. Çalışacağıq ki, Antalyada 2 legioner futbolçu dəvət edək. Uyğun gəlsələr və “Zirə”nin gücünə güc qata bilsələr götürəcəyik”.

 

Ayxan Abbasov “qartallar”ın hədəfindən danışıb:

 

“Turnir cədvəlinə diqqət yetirəndə görürük ki, ilk 3 pillədən uzağıq. “Qaraba” və “Qəbələ” ilə rəqabət aparmaq çətindir. Çalışacağıq ki, maksimum xal qazanaq və irəli gedək. Ötən ilin gümüş mükafatçısı kimi bizdən çox şey gözlənilir”.

Xəbər xətti