Azərbaycanlı futbolçu İstanbul klubunda

14:48 - 11 Yanvar 2017

Azərbaycanlı futbolçu İlham Allahverdiyevin yeni klubunun adına aydınlıq gəlib. 

 

Sportal.az xəbər verir ki, "Bartınspor"dan ayrılan hücumçu karyerasını yenidən Türkiyədə davam etdirəcək.

 

"Neftçi"nin yetirməsi Türkiyə 4-cü liqasında mübarizə aparan "İstanbul Cəngəlköy" klubu ilə anlaşıb. Allahverdiyev mövsümün sonuna qədər sözügedən komandanın uğurları üçün çalışacaq. 

 

Qeyd edək ki, Allahverdiyev karyerası ərzində "Neftçi", "Qaradağ Lökbatan", "Şəmkir" və "Bartınspor"da çıxış edib. 

 

Xəbər xətti