Təbriz Həsənov: "Müdafiə xəttində bir qədər çatışmazlıq var"

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə  həsr olunmuş 29-cu beynəlxalq turnirin oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, U-19  millimiz bu gün turnirin ikinci oyununda Qazaxıstan millisi ilə bərabərə qalıb - 2:2.

 

4 qolun vurulduğu qarılaşmadan sonra yığmamızın baş məşqçisi Təbriz Həsənov oyunu şərh edib:

 

“Maraqlı oyun oldu. Birinci oyunumuzda olduğu kimi, xeyli qol epizodu yaratdıq. Təəssüf ki, yalnız 2 qol vura bildik. Müdafiə xəttində bir qədər çatışmazlıq var. Ümumilikdə bu oyunlar, bu turnir bizim üçün çox əhəmiyyətlidir. Səhvlərmizdən nəticə çıxarmalı, növbəti qarşılaşmalarda əvvəlki oyunlarla müqayisədə daha yaxşı futbol nümayiş etdirməliyik”.

 

Tarix: 11 Yanvar [16:05]
Oxunub: 173 dəfə
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Mart 2017
26  Mart 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio