"Qəbələ" "Sumqayıt"ın təklifini geri çevirdi

16:49 - 11 Yanvar 2017

"Sumqayıt" heyətini gücləndirmək üçün fəaliyyətini davam etdirir.

 

Sportal.az xəbər verir ki, "kimyaçılar" "Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalov və Bakının "İnter" klubunun müdafiəçisi Abbas Hüseynovu icarəyə götürmək istəyib. Lakin hər iki klub "Sumqayıt"ın təklifini geri çevirib.

 

"Gənclik şəhəri" təmsilçisi Amit Quluzadənin Yunanıstan"ın AEL klubuna transferindən sonra yarımmüdafiə xəttində yaranan boşluğu doldurmaq üçün çalışmaları davam etdirir.

Xəbər xətti