"Qəbələ"nin futbolçusu Xorvatiya millisində debüt etdi

17:34 - 11 Yanvar 2017

"Qəbələ"nin futbolçusu Filip Ozobiç Xorvatiya millisnin heyətində debüt edib.

 

Sportal.az xəbər verir ki, Çində təşkil edilən "China Cup 2017" turniri çərçivəsində Xorvatiya milli komandası Çili ilə qarşılaşıb. 25 yaşlı yarımmüdafiəçi bu görüşə start heyətdə başlayıb və 56 dəqiqə mübarizə aparıb.

 

Qeyd edək ki, qarşılaşma 1 - 1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriasında daha dəqiq olan Çili (4:1) sevinən tərəf olub.

Xəbər xətti