"Sumqayıt" Antalyada

18:49 - 11 Yanvar 2017

Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşan "Sumqayıt" bu gün 11:00-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Antalyaya yola düşüb.

 

Sportal.az xəbər verir ki, yerli vaxtla saat 15:00-da qonşu ölkəyə çatan komanda "The Sense De Luxe" otelində məşkunlaşıb. "Sumqayıt"  bu gün 18:00-da Antalyada ilk məşqinə çıxıb.

 

“Sumqayıt” qonşu ölkədə 3 yoxlama oyunu keçirəcək. "Kimyaçılar" ilk olaraq, yanvarın 13-də Albaniya təmsilçisi “Şkenderbeu” klubu ilə qarşılaşcaq. Üç gün sonra isə komanda Özbəkistan təmsilçisi “Nasaf”ı sınağa çəkəcək. Samir Abasovun yetirmələri yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau” ilə üz-üzə gələcək.

Xəbər xətti