50 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

19:20 - 11 Yanvar 2017

Yaponiya millisinin sabiq üzvü Kazuyoşi Miura futboldan doymur. 

 

Sportal.az xəbər verir ki, 50 yaşlı futbolçu 2005-ci ildən çıxış etdiyi "Yokohama" klubu ilə yeni müqavilə imzalayıb. Hücumçu yeni müqaviləyə əsasən daha bir il II liqa klubunun uğurları üçün çalışacaq. 

 

Qeyd edək ki, Yaponiya millisinin heyətində 89 oyun keçirən Miura karyerası ərzində "Santos", "Palmeyras", "Koritiba", "Cenoa" və "Dinamo" (Zaqreb) kimi komandalarda çıxış edib. 

Xəbər xətti