"Neftçi" Özbəkistan klubuna uduzdu

00:16 - 12 Yanvar 2017

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən "Neftçi” bu gün növbəti yoxlama matçına çıxıb.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın rəqibi Özbəkistanın "Nasaf" klubu olub. Qrşılaşma Elxan Abdullayevin yetirmələrinin 0 - 1 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Qeyd edək ki, "Neftçi” ilk yoxlama matçında Türkiyənin "Sivasspor" klubu ilə qolsuz bərabərə qalmışdı.

Xəbər xətti