Millimiz Qazaxıstanla heç-heçə etdi VİDEO

00:42 - 12 Yanvar 2017

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə  həsr olunmuş 29-cu beynəlxalq turnirin oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, U-19  millimiz bu gün ikinci oyununa çıxıb. Komandamız Qazaxıstan millisi ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heçə ilə başa çatıb. Bununla da millimiz qrupda ilk xalını əldə edib.
 
 
Qeyd edək ki, yığmamız ilk oyunda Litvaya (1:2) bu hesabı ilə məğlub olub.
 
11 yanvar
13:00. Azərbaycan - Qazaxıstan - 2:2

Qollar: Rafael Məhərrəmli, 45, Fərid Nəbiyev, 82 - Kaşken Dinmuxammed, 18, Seidaxmet Yerkebulan, 53

 

Xəbər xətti