"Qarabağ" bir məşqlə kifayətləndi

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. 

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, hazırlığın yeddinci günündə Qurban Qurbanovun komandası bir məşqlə kifayətlənib. 

 

Təxminən 1 saat 30 dəqiqə davam edən məşq zamanı komandanın üzvləri topla müxtəlif hərəkətləri yerinə yetiriblər. İki futbolçu Reynaldo Silva və Elşən Abdullayev fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib.

 

Qeyd edək ki, “Qarabağ”ın sabah üçün iki məşqi nəzərdə tutulub.

Tarix: 12 Yanvar [00:59]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Aprel 2017
22  Aprel 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio