Sportal.az-ın xəbəri təsdiqləndi: Ruslan Abışov rəsmən "Neftçi"də

13:48 - 12 Yanvar 2017

“Neftçi” transfer işlərini davam etdirir.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" komandamızın üzvü Ruslan Abışovla il yarım müddətinə müqavilə bağlayıb. “Neftçi”nin yetirməsi olan 29 yaşlı müdafiəçi 2012-ci ilədək “ağ-qara” formanı geyinib. Bundan sonra “Xəzər Lənkəran”, “Rubin” (Rusiya) və “Qəbələ” klublarında çıxış etmiş Ruslan Abışov 2009-cu ildən milli komandamızın şərəfini qoruyur.

 

Əlavə edək ki, bu, "Neftçi"nin sayca 8-ci transferi olub. Paytaxt klubu daha öncə  Namiq Ələsgərov, Georgi Navalovski, Zdenek Folprext, İqnasio Errera, Kirill Petrov, Pavel Dreksa və Pavel Paşayevi rənglərinə bağlamışdı.

 

Qeyd edək ki, Ruslan Abışovun "Neftçi"yə keçdiyi haqda ilk xəbəri Sportal.az saytı yaymışdı. (http://sportal.az/news/80758)

Xəbər xətti