Millimizin sabiq üzvü Finlandiya klubunun düşərgəsində

14:13 - 12 Yanvar 2017

Gənclərdən ibarət milli komandamızın sabiq üzvü Cem Fələk karyerasını Finlandiyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Rovaniemi" klubunun düşərgəsində baxışdadır. 

 

Finlandiya klubu Cemi sınaqdan keçirir. Onunla bağlı qərar yaxın günlərdə veriləcək. Gənc futbolçu baxışdan uğurla keçsə, müqavilə imzalanacaq.

 

Qeyd edək ki, vaxtilə “Xəzər Lənkəran”la da müqavilə imzalayan Cem Fələk Almaniyanın “Ayntraxt” (Frankfurt), “Bohum”, Şotlandiyanın “Aberdin”, Türkiyənin “Antalyaspor”, "Karagümrük" klublarında top qovub.

 

Xəbər xətti