"Qarabağ" günün ilk məşqinə çıxdı

15:47 - 12 Yanvar 2017

"Qarabağ" Antalyda qış təlim-məşq toplanışını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, hazırlığın səkkizinci günündə komanda günün ilk məşqinə çıxıb. Yerli vaxtla saat 11:00-da (Bakı vaxtıyla 12:00) start götürən məşq təxminən 60 dəqiqə davam edib. Bu məşq daha çox topsuz çalışmalara həsr olundu. Belə ki, isinmə hərəkətlərinin ardından futbolçular fiziki təmrinlərlə məşğul olub.
 
Qeyd edək ki, komandamızın növbəti məşqi axşam saatlarında baş tutacaq.

 

Xəbər xətti