Suares 100-ə çatdı

17:10 - 12 Yanvar 2017

"Barselona"nın futbolçusu Luis Suares Kataloniya klubunda 100-cü qolunu vurub.
 
Sportal.az xəbər verir ki, bu, İspaniya kubokunun 1/8 finalında "Atletik"lə (Bilbao) cavab qarşılaşmasında baş verib. Uruqvaylı hücumçu görüşün 36-cı dəqiqəsində fərqlənib.
 
Qeyd edək ki, 29 yaşlı forvard "Barselona"ya 2014-cü ildə "Liverpul"dan transfer olub.

Xəbər xətti