"Sumqayıt"ın Antalyada 2-ci günü

18:22 - 12 Yanvar 2017

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçən "Sumqayıt" qonşu ölkədə hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki, komanda bu gün 2 məşq əsnasında günü başa vuracaq. 

 

Artıq səhər məşqi başa çatıb. Yerli vaxtla saat 10:30-da günün ilk məşqini keçirən "Sumqayıt" baş məşqçi Samir Abasovun rəhbərliyi ilə müxtəlif tapşırıqlar üzərində çalışıb. Komanda səhər məşqində fiziki göstəricilərin artırılması, xüsusi tapşırıqlarla "kvdrat" və dəqiqələr üzrə sürət dözümlüyü əsnasında futbol oynayıb.

Xəbər xətti