"Real" İspaniya rekordunu yenilədi

10:13 - 13 Yanvar 2017

İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində “Sevilya” ilə keçirilən oyunda “Real” tarixi uğura imza atıb.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi məğlubedilməz oyunlar seriyasını 40-a yüksəldib. Kral klubu “Sevilya” ilə 3:3 hesablı heç-heçədən sonra “Barselona”nın  2015/16 mövsümündə İspaniya futbolu tarixində müəyyənləşdirdiyi rekordu (39 oyun) yeniləyib. 

 

Qeyd edək ki, madridlilər sonucu dəfə 2016-cı ilin aprelin  6-da Çempionlar Liqasının 1/4 final  mərhələsində səfərdə “Volfsburq”a uduzub.

 

Xəbər xətti