Agenti danışdı: "Reynaldoyla 4-5 klub maraqlanır"

10:20 - 13 Yanvar 2017

“Qarabağ”ın hücumçusu Reynaldo ilə bağlı yeni-yeni xəbərlər gəlməkdədi. “Gənclərbirliyi”ndən sonra “Adanaspor”un da braziliyalı futbolçu ilə maraqlandığına dair məlumatlar yayılıb. Reynaldonun ölkəmizdəki agenti Tural Əsgərov Sportal.az saytına açıqlama verib və məsələyə aydıqnlıq gətirib:

 

“Bir çox agentlər onun transferini həll etməyə çalışırlar və Reynaldonu müxtəlif klublara təklif edirlər. Hal-hazırda Reynaldoyla 4-5 klub maraqlanır. Yazırlar ki, “Adanaspor” Reynaldonu istəyir. Bir futbolçunu istəyən klub ona rəsmi təklif göndərər. Hələki Reynaldoya görə heç bir təklif almamışıq". 

Xəbər xətti