Ruslan Abışov "Neftçi"də hansı mövqedə oynayacaq? QEYD

11:28 - 13 Yanvar 2017

Ölkəmizdə qış transfer dönəminin ən fəal klubu olan “Neftçi” millimizin üzvü Ruslan Abışovu da sıralarına qatdı. Mövsümün birinci yarısını “İnter”in heyətində əla keçirən futbolçu indi “Neftçi”ni arxasınca daşımalıdı. Maraq doğuran suallardan biri Ruslanın “Neftçi”də hansı mövqedə oynayacağı ilə bağlıdı.

 

Ruslan Abışov əvvəllər stopper mövqeyində oynayırdı. Lakin sonradan ondan dayaq yarımmüdafiəçisi kimi yararlanmağa başladılar. Zaur Svanadze də “İnter”də ona dayaq yarımmüdafiəçisi kimi güvənirdi. Amma “Neftçi”də Abışovun mövqeyi ilə bağlı məsələyə baxış fərqli ola bilər. Birincisi, yerli futbolçular arasında Rəşad Sadıqov istisna olmaq şərtiylə, ilk pası olan stopper demək olar ki, yoxdu. Ona görə də, kapitan olmayanda, millidə ötürmələr hesabına müdafiədən hücuma çıxmaqda çətinlik çəkirik. Digər tərəfdən elə “Neftçi” də bu baxımdan axsayırdı mövsümün birinci yarısında. Ruslan Abışovun əsas özəlliklərindən biri hücumu başlamaq bacarığıdı. O, həm də dəqiq uzun ötürmələr vermək iqtiradında olan futbolçudu. İstisna deyil ki, Elxan Abdullayev Abışovdan mərkəz müdafiəçisi kimi yararlanacaq. Bununla həm “Neftçi”dəki problemləri çözə bilər, həm də millidə bəzən bu mövqedə problem yaşayan baş məşqçi Robert Prosineçkinin işini asanlaşdıra.  

 

Nəzərə almaq lazımdır ki, adətən klublarda iki stopperdən biri dağıdıcı, digəri yaradıcı futbolçu olur. Bu mövqedə dağıdıcı futbolçuları tapmaq daha asan olur, nəinki yarıdıcı. Bu baxımdan Abışov kimi oyunçu hər bir məşqçinin işinə yaraya bilər. Hər halda, bu sualın cavabı özünü çox gözlətməyəcək. Artıq Antalyadakı yoldaşlıq oyunlarında Elxan Abdullayevin Ruslan Abışovla bağlı planlarına yadınlıq gələcək.

 

SPORTAL.AZ 

Xəbər xətti