Prezidenti həbs olunan "Şərurspor" ikinci dövrədə oynayacaq?

11:39 - 13 Yanvar 2017

I Divizionunda çıxış edən "Şərurspor" klubunun prezidenti Sərdar Bağırovun vergidən yayınmaqda ittiham olunduğu haqda xəbərdarsız.

 

Sportal.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı Əfqan Talıbov saytımıza klubun gələcəyindən danışıb. O, komandanın fəaliyyətinin davam etdirəcəyini bildirib:

 

“Sərdar Bağırovun futbola böyük marağı var. Həvəskarlarda çempion kimi başlamışdı. İdman prinsiplərini qoruyaraq, mərhələ-mərhələ qalxırdı. Müəyyən dərəcədə arzuları var idi. Komandanın yaşaması üçün əlindən gələni edirdi. Azərbaycanlılardan ibarət klub yaradıb. Gələcək planları da var. Müəyyən sponsorlarla danışıqlar gedir. Öz işlərilə yanaşı, bizim də qayğımıza qalırdı. Hamımızın işi ilə maraqlanırdı. Heç bir futbolçu deyə bilməz ki, mən ondan qayğı görməmişəm. 

 

Onun işində normal proses gedir. Bu, vergi məsələsinə uyğun prosesdir, vəkillər çalışır. Hazırda Azərbaycandadır və öz işləri ilə məşğul olur. Mənim o məsələlərə aidiyyatım yoxdur. Onu deyim ki, “Şərurspor” ikinci dövrədə oynayacaq. Mükafatlarımız, maaşımız da öz yerində olacaq. Komanda axıra qədər mübarizə aparacaq. Hər şey qaydasında gedir. Məşqlərimizə davam edirik. “Neftçi”nin əvəzediciləri ilə yoxlama matçı planlaşdırmışıq. I Divizionda ilk oyunumuz “Şəmkir”lə olacaq. Bəzi oyunçular dəvət etmişəm. Limitə uyğun dəyişikliklər etmək fikrim var”.

Xəbər xətti