Millimiz üçün həlledici oyun

12:52 - 13 Yanvar 2017

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrup mərhələsinin son oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, yığmamız qrupun son turunda Slovakiya komandası ilə qarşılaşacaq. Peterburqski idman-konsert kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 15:15-də başlayacaq.

 

Millimiz turnirin 1/4 finalına yüksəlmək üçün bu gün mütləq qalib gəlməlidi. İlk matçında Litvaya 1:2 hesabı ilə uduzub, ikinci oyununda Qazaxıstanla 2:2 hesablı heç-heçə edən Təbriz Həsənovun yetirmələri xal itirsə, 9-16-cı yerlər uğrunda mübarizə aparmalıdı. Millimiz qalib gəlsə də, bu, bizim üçün yetərli olmaya bilər. Qrupun bu gün keçiriləcək ilk matçında Qazaxıstan Litvaya qalib gəlsə, millimiz 2-ci yer şansını itirəcək. Ancaq qazaxlar xal itirsə, yığmamız qələbəylə 1/4 finala vəsiqə əldə edə bilər.

 

15:15 Azərbaycan - Slovakiya

 

1. Litva - 4 xal

2. Qazaxıstan - 2 xal

3. Slovakiya - 2 xal

4. Azərbaycan - 1 xal

 

Xəbər xətti