Eddi İsrafilova sərt xəbərdarlıq: "Kobud oynayırsan"

13:42 - 13 Yanvar 2017

İspaniya II Liqasında çıxış edən "Kadis" Sequndanın 21-ci turunda "Valyadolid"i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, komandanın çalışdırıcısı Alvaro Kervera oyundan öncə futbolçulara xəbərdarlıq edib. Mütəxəssisin söhbət etdiyi futbolçular arasında Eddi Silvestr Paskual Israfilov də olub. Çalışdırıcı millimimizin üzvünə kobud oynadığı üçün sərt şəkildə xəbərdarlıq edib.

 

Maraq üçün bildirək ki, Eddi "Kadis"in heyətində 5 sarı, 1 qırmızı vərəqə alıb.

 

Məşqçinin bu sözləri mətbuata yayılıb. 51 yaşlı baş məşqçi mətbuat konfransında Eddi haqda bu fikirləri səsləndirib:

 

"Bu qarşılaşmada çox itkimiz var. Bu səbəbdən İsrafilovun oynamaq şansı var. Ona şans verməliyik və istədiyimizi almalıyıq. Heyətdə hamı kimi, Eddi də vacib futbolçudur. Məncə, ona dəstək olmalıyıq".

 

Qeyd edək ki, "Kadis" - "Valyadolid" matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Xəbər xətti