Ruslan Abışov: "Komandadakı dəyişiklik müsbət mənada sözünü deməlidi" MÜSAHİBƏ

14:45 - 13 Yanvar 2017

"Neftçi"nin yeni transferi Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Doğma komandanıza qayıtmısınız. Dönüşünüz barədə nə deyə bilərsiniz?
- Uzun müddətdən sonra evimə qayıtmışam. Ona görə də özümü çox xoşbəxt hiss edirəm. Mənə etimad göstərib "Neftçi”yə dəvət edən hər kəsə təşəkkür edirəm.

 

- "Neftçi”dəki iddianız nədi? Bildiyiniz kimi, komandanın heyətində bir çox dəyişiklər olub. Bu barədə fikirlərinizi bilmək istərdik...
- "Neftçi”dəki iddiam hər zaman çempionluq olub. Hazırkı mövsüm üçün bu bir qədər çətin görünür. Çempionatda mümkün qədər irəliləməyi düşünürük. Kubokda isə mübarizəni davam etdiririk. Gələn mövsüm isə hədəf yalnız çempionluq olmalıdı. Artıq uğursuz günlər geridə qalsın. Komandadakı dəyişiklik müsbət mənada sözünü deməlidi. Mən buna inanıram.

 

- Son olaraq, azarkeşlərə nə demək istərdiniz?
- "Neftçi”yə keçdiyim üçün tam sevinə bilmədim. Bilirdim ki, məni hələ də bağışlamayan azarkeşlər var. Onların hər birini haqlı sayıram, fikirlərinə hədsiz hörmət edirəm. Lakin indiki məqamda həm mənim, həm də komandamızın azarkeşlərin dəstəyinə ehtiyacı var. "Neftçi”nin bütün tarixi uğurlarının əsas pay sahibi onlardı.

Xəbər xətti