Droqba Braziliya klubunda

16:36 - 13 Yanvar 2017

Didye Droqbanın yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı hücumçu karyerasını Braziliyada davam etdirəcək. Fil Dişi Sahili millisinin sabiq üzvü "Korintians"ın 1 illik müqavilə təklifini qəbul edib. Təcrübəli forvard Cənubi Amerika təmsilçisinin heyətində aylıq 150 min avro qazanacaq.

 

Qeyd edək ki, son klubu Kanada "Monreal İmpakt"ı olan Droqba karyerası ərzində "Marsel", "Çelsi", "Şanxay Şenxua", "Qalatasaray" kimi komandalarda çıxış edib.

Xəbər xətti