Millimiz qrupu sonuncu pillədə başa vurdu

17:10 - 13 Yanvar 2017

Sankt-Peterburqda Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 19 yaşadək futbolçular arasında keçirilən 29-cu beynəlxalq turnirdə ilk mərhələnin oyunları yekunlaşmaq üzrədir.

 

Sportal.az xəbər verir ki, bu gün millimizin yer aldığı C qrupunda mübarizəyə yekun vurulub.

 

Təbriz Həsənovun komandası son turda Slovakiya ilə qarşılaşıb və rəqibinə 0:1 hesabı ilə uduzub.  Hazırda sonuncu pillədə qərarlaşan komandamız qrupdan çıxmaq şansını itirib.

 

Artıq yığmamız 9-16-cı yerlər uğrunda yarışmalı olacaq.

 

Azərbaycan - Slovakiya - 0:1

 

 

1

Qazaxıstan

3

1

2

0

4-2

5

2

Litva

3

1

1

1

2-3

4

3

Slovakiya

2

0

2

0

0-0

2

4

Azərbaycan

2

0

1

1

3-4

1

 

Xəbər xətti